ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yanvarın 8-i axşam saatlarında Rusiya ordusu Ukrayna Prezidenti Voldomir Zelenskinin doğulduğu Krıvoy Roq şəhərinə iki "İsgəndər" ballistik raketi və dronlarla genişmiqyaslı hücum həyata keçirib.
"AzPolitika" xəbər verir ki, bu barədə şəhər Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul məlumat yayıb. Hücum nəticəsində şəhərdə ciddi fəsadlar yaranıb. Son məlumatlara görə, hadisə zamanı 17 nəfər xəsarət alıb. Yaralılar arasında 3 uşaq və 8 qadın var. 15 nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyətinin həddindən artıq ağır olduğu, partlayış nəticəsində bir ayağını itirdiyi bildirilir.
Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum mülki infrastruktura ağır zərbə vurub:
29 çoxmərtəbəli bina zədələnib, onlardan 10-u ciddi dağıntılara məruz qalıb, bir bina isə faktiki olaraq tamamilə dağılıb;
10-a yaxın biznes obyekti və çoxsaylı avtomobillər sıradan çıxıb, həmçinin bir mühüm infrastruktur obyektinə ziyan dəyib.
Ukrayna Hərbi Hava Qüvvələri hücum zamanı şəhər istiqamətində zərbə dronlarının da hərəkətini qeydə alıb. Hadisə şahidləri və "Suspilne" radiosunun müxbirləri şəhərdə ard-arda güclü partlayış səslərinin eşidildiyini bildiriblər.
Xatırladaq ki, Rusiya tərəfi mülki hədəfləri vurduğunu inkar etsə də, Krıvıy Roqdakı son dağıntılar bunun əksini sübut edir.
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.