AZ

Danimarka millisinin Bakıya gələcək heyəti - ADLAR

Bakıda Azərbaycan futzal millisi ilə qarşılaşacaq Danimarka yığmasının heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu haqda Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Rəqibin baş məşqçisi Nikolay Saabye 14 futzalçıya dəvət göndərib: Tobias Venq, Ruben Vinter, Mikel Foqed, Mohammed Yussef, Mads Folk, Tim Viese, Emil Skott, Nikolay Yaqerqaad, Villiam Rams, Zlatan Henic, Oliver Borstinq, Villiam Qantzhorn, Niklas Fuçs-Kristiansen, Kornelius Ambek-Noqgaard.

Beynəlxalq yoldaşlıq görüşləri yanvarın 22-si və 24-də Bakı İdman Sarayında baş tutacaq.

Seçilən
17
sportinfo.az

1Mənbələr