Rusiyanın ötən gecə Kiyevə hücumu nəticəsində 4 mülki şəxs həlak olub və 20 nəfərdən çox insan xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün “X” hesabında paylaşım edib.
Sibiqa bildirib ki, yaşayış məntəqələri, kritik infrastruktur, enerji və su təminatı təsisatları hədəfə alınıb.