AZ

Simeone: “Yaddaşım zəifdir”

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya Superkubokunda “Real”a məğlub olduqları (1:2) oyundan sonra açıqlama verib.

Futbolpress.az xəbər verir ki, argentinalı mütəxəssis “Marca”ya açıqlamasında matç zamanı rəqib oyunçu Vinisius Juniorla qısa mübahisəsi ilə bağlı sualı belə cavablandırıb:

“Meydanda baş verənlər orda da qalır. Bu, əvvəldən bəri mövcud olan qaydadır. Nəsə deməyə söz yoxdur. Ona “Florentino səni qovacaq” demişəm? Xatırlamıram. Yaddaşım zəifdir”.

Görüş zamanı Simeone texniki korpusda Vinisiusla kiçik mübahisə yaşayıb. Onun braziliyalıya “Narahat olma, klubun prezidenti Florentino Peres səni yaxın zamanda qovacaq” dediyi iddia edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
futbolpress.az

1Mənbələr