Venesuelada müvəqqəti dövlət başçısı vəzifəsini icra edən Delsi Rodriqes ABŞ-nin Prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı həyata keçirdiyi hərbi müdaxilə ilə bağlı açıqlama verib. O bildirib:
"Qaçırılmış Prezident Nikolas Maduroya sədaqətlə bağlıyıq".
"Cebheinfo.az" xəbər verir ki, Rodriqes bu fikirləri Bolivar Milli Qvardiyasının (GNB) Hərbi Akademiyasındakı Ekletik Abidədə dövlət televiziyası VTV vasitəsilə canlı yayımlanan rütbələrin artırılması mərasimində səsləndirib.
Rodriqes ABŞ-nin ölkəsinə qarşı həyata keçirdiyi hücumla bağlı deyib: "Qaçırılmış Prezident Nikolas Maduroya sədaqətlə bağlıyıq. Eyni zamanda, ilk döyüşçü və millət vəkili Siliya Florezə də sədaqətimiz tamdır. Onların azadlıqlarına qovuşub yenidən evlərinə və vətənlərinə dönmələrini görənədək mübarizəmizi dayandırmayacağıq".
Rodriqes ABŞ xalqına müraciət edib: "Həyatları alçaqcasına bir hücumla əllərindən alınan nəcib qadın və kişilərə layiq olduqları hörməti göstərmək üçün buradayıq. Venesuela xalqı heç vaxt belə bir hücumun qurbanı olacağını düşünməzdi. ABŞ xalqına səslənirəm:
Venesuela xalqı bu alçaq və müharibəçi hücumu, nüvə gücünə sahib bir ölkə tərəfindən həyata keçirilən bu hücumu haqq etmirdi. Bu hadisə münasibətlərimizdə və tariximizdə bir ləkə olaraq qalacaq".
Rodriqes ABŞ-nin hərbi müdaxiləsi zamanı heç kimin təslim olmadığını vurğulayıb:
"Burada heç kim təslim olmadı, burada döyüş oldu və bu döyüş vətən üçün oldu. Azadlıq mübarizəmiz Simon Bolivar üçün, Uqo Çaves üçün oldu və burada Venesuela üçün döyüşdük. Bu, bizim üçün ən böyük qürurdur".
Tədbirdə Kuba Xarici İşlər Naziri Bruno Rodriqes, müdafiə naziri Vladimir Padrino Lopes, daxili işlər naziri Diosdado Kabelyo və ABŞ-nin hərbi müdaxiləsi zamanı həyatını itirən əsgərlərin ailə üzvləri iştirak ediblər.
Müvəqqəti dövlət başçısı Rodriqes əsgərlərin yaxınlarına qucaqlayıb başsağlığı verib.