AZ

Donald Trampın neft nəhənglərinin rəhbərləri ilə görüşü gözlənilir

Bakı, 9 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Venesuela neftinin gələcəyini müzakirə etmək üçün dünyanın aparıcı şirkətlərinin rəhbərlərini bir araya toplamağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, neft nəhənglərinin rəhbərlərinin Donald Tramp və Ağ Evin yüksək vəzifəli rəsmiləri ilə görüşü gözlənilir.

Görüşdə “Chevron”, “Exxon Mobil” və “ConocoPhillips” kimi şirkətlərinin rəsmilərinin iştirakı nəzərdə tutulur.

Əsas müzakirə mövzuları arasında Venesuelada azalan investisiyalar və Qərb şirkətlərinin ölkədən çıxması səbəbindən ən aşağı səviyyəyə düşən neft hasilatını bərpa etmək imkanları var. Həmçinin görüşdə Venesuelanın hazırkı ehtiyaclarının dərəcəsi və neft şirkətlərinin bu ölkəyə təhlükəsiz şəkildə geri qayıtması üçün münbit şaraitin təmin olunması nəzərdən keçirilcək.

Mənbələrə görə, İspaniyanın “Repsol” və Hindistanın “Reliance” şirkətinin rəhbərləri də görüşə dəvət olunub.

Seçilən
110
2
azertag.az

3Mənbələr