ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) keçmiş elmi əməkdaşı Çarlz Buxler iddia edir ki, həmkarları ilə birlikdə böyük bir elmi yeniliyin astanasındadır. Amerikalı alim bildirib ki, yanacaq sərf etmədən itələmə yarada bilən mühərrik konsepsiyası üzərində işləyirlər.
Reyting.az xəbər verir ki, kosmik səfərlərdə istifadə olunan ənənəvi reaktiv yanacaqdan - yəni kütlənin atılması prinsipindən - imtina etməyi hədəfləyən Buxler süni yanacaqsız işləyə bilən impulslaşdırma texnologiyası üzərində tədqiqatlar apardıqlarını deyib. Onun sözlərinə görə, yeni mexanizm elektrostatik asimmetriya prinsipinə əsaslanır.
Kosmik sahədə innovativ ABŞ startapı kimi tanınan “Exodus Propulsion Technologies” şirkətinin həmtəsisçisi olan Buxler qeyd edib ki, qeyri-adi kəşf kimi qiymətləndirilə bilən bu nəzəriyyə əsasında yaradılan mexanizm “yeni qüvvə”nin köməyi ilə Yerin cazibə qüvvəsinə qarşı hərəkət yarada biləcək.
Alim vurğulayıb ki, 2023-cü ildə aparılan ilkin elmi sınaqlarda elektrostatik konfiqurasiya ölçülə bilən itələmə effekti göstərib. Onun iddiasına əsasən, sistem heç bir maddə atmadan obyektin kütlə mərkəzini dəyişməklə hərəkət yaradır.
Buxler əlavə edib ki, mexanizm hələlik müstəqil və təkrarolunan elmi yoxlamalardan keçməyib.
Mütəxəssislər bildiriblər ki, hazırda elmi baxımdan mümkünsüz görünən bu prinsip təsdiqlənərsə, müasir fizika üçün ciddi dönüş nöqtəsi ola bilər.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.