İqor Tüdor cari mövsümə "Yuventus"un baş məşqçisi kimi başlamışdı.

Offsideplus.az xəbər verir ki, o, ard-arda alınan uğursuz nəticələrdən sonra vəzifəsini itirmişdi. Xorvatiyalı mütəxəssis "qoca sinyora"dan gedərkən 6 milyon avroluq təzminatından imtina edib.

Bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Qeyd edək ki, Tüdor futbolçu kimi də "Yuventus"un formasını geyinib. Onu bu postda Luçano Spalletti əvəz edib.