AZ

"Mənə beynəlxalq hüquq lazım deyil” - Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı açıqlama verib.

Missiya.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "The New York Times" qəzetinə müsahibəsi zamanı məlumat verib.

O bildirib ki, mülkiyyət daha çox imkanlar yaradır.

"Mülkiyyət çox vacibdir. Mülkiyyət sizə icarə və ya müqavilə ilə əldə edə bilmədiyiniz bir şey verir. Mülkiyyət sizə sənəd imzalamaqla əldə edə bilmədiyiniz elementlər verir", - deyə siyasətçi vurğulayıb.

ABŞ Prezidenti qeyd edib ki, beynəlxalq hüquq onu məhdudlaşdırmır.

"Mənə beynəlxalq hüquq lazım deyil. İnsanlara zərər vermək istəmirəm", - deyə Tramp əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr