
ABŞ Prezidenti Donald Tramp qanunvericilər tərəfindən hazırlanan Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini dəstəklədiyini bildirib.
Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox News” telekanalına veridiyi müsahibədə məlumat verib.
"Düşünürəm ki, 84 və ya 85 senator Rusiyaya qarşı sanksiyaları dəstəkləyir. Və bilirsiniz, məndə onu dəstəkləyirəm", - deyə siyasətçi vurğulayıb.
Daha sonra jurnalist ondan qanun layihəsini dəstəkləyib-dəstəkləmədiyini yenidən soruşdu və ABŞ Prezident əlavə edib:
"Ümid edirəm ki, bundan istifadə etmək məcburiyyətində qalmayacağıq. Artıq Rusiyaya qarşı ciddi sanksiyalarımız var", - deyə Tramp əlavə edib.
Bundan əlavə, Tramp Rusiyanın iqtisadiyyatının hazırda çox pis vəziyyətdə olduğunu qeyd edib.
Daşqın HəsənovMissiya.Az