AZ

Demçenko “Araz-Naxçıvan”ı başına yığdı – “Heyətdə ciddi zədəsi olan futbolçu yoxdu”

Bilindiyi kimi, “Araz-Naxçıvan” yanvarın 5-də təlim-məşq toplanışına başlayıb. İlin ilk məşqinə yeni baş məşqçi Andrey Demçenkonun rəhbərliyi altında 12 futbolçunun çıxdığını yazmışdıq.

Bəs, qalan oyunçular məşqlərə qoşuldumu? Komanda mövsümün ikinci yarısına tam heyətlə hazırlaşa bilirmi?

Sualları “qırmızı-ağlar”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Artıq bütün futbolçular məşqə qatılıb. Qalan oyunçular da gəldi. Heyətdə ciddi zədəsi olan futbolçu yoxdu. Rahil Məmmədov bərpa prosesi keçir. Felipe Santosun yüngün zədəsi olsa da, məşqlərdə iştirak edir. Həmçinin komanda gündə iki dəfə - səhər və axşam məşqə çıxır. Hər iki proses meydanda həyata keçirilir. Kəsəsi, hazırlıq plan üzrə gedir”.
Xatırladaq ki, komanda qış fasiləsini Bakıda keçirəcək. Hazırlıq prosesi zamanı üç yoxlama oyunu olacaq. “Qırmızı-ağlar” yanvarın 10-u, saat 15.30-da əvəzediciləri, 14-u, saat 15.00-da isə “Qəbələ” ilə üz-üzə gələcək. Hər iki matç Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək. Yanvarın 18-də keçiriləcək görüşdəki rəqib hələ məlum deyil.

KƏNAN BAHADIR
Seçilən
55
1
football-plus.az

2Mənbələr