AZ

BANM in 30 tələbə və məzunu ötən il bp dən iş təklifi alıb Foto

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

2025-ci ildə Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzununa dünyanın nəhəng enerji şirkətlərindən biri olan bp şirkəti tərəfindən iş təklifi olunub.

“Qafqazinfo” xəbər verir ki, onlardan 13 nəfəri artıq şirkətdə işə başlayıb.

bp-də işə başlayan 13 nəfərdən 11-i BANM-in 2025-ci il məzunu, 2-si isə V kurs tələbəsidir.

Bundan əlavə, ötən il bp-də təcrübə proqramında iştirak edən tələbələrimizə də iş təklifi edilib. Həmin tələbələr “Neft-qaz mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Kimya mühəndisliyi ixtisasları” üzrə təhsil alırlar.

Qeyd edək ki, ümumilikdə BANM-in 100-dən çox məzunu bp-də müxtəlif vəzifələrdə çalışır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
qafqazinfo.az

3Mənbələr