Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
AzVision.az İsveçin “Vimmerby Tidning” nəşrinə istinadən xəbər verir ki, Şahid Bilalov, onun həyat yoldaşı Səadət, uşaqları Ayşəms və Turqut İsveçin Mariannelund şəhərində məskunlaşıblar. Ukrayna vətəndaşı olan uşaqlar artıq yaşamaq icazəsi alıblar. Lakin 1990-cı illərdə Azərbaycandan Ukraynaya köçsələr də, Azərbaycan vətəndaşı kimi qalan valideynlərin ərizələrinə müsbət cavab verilməyib. Belə ki, İsveçin Əhalinin Kütləvi Yerdəyişməsi üzrə Direktivi, ilk növbədə, müharibə nəticəsində ölkədən qaçmış Ukrayna vətəndaşlarına yaşayış icazəsi verir. İsveçin Miqrasiya Xidmətinin qərarına əsasən, Şahid və Səadət Bialovlar onların qəbul olunavcaqlarını sübut edə biləcəkləri halda, Azərbaycana və ya başqa ölkəyə qayıtmalıdırlar. Ailənin Azərbaycanda mülkü yoxdur. Bilalovlar isə Xarkova qayıtmaq istəmirlər. Qeyd edək ki, Mariannelundda pəncərə fabrikində iş tapan Şahid Bilalov, nə vaxtsa güləş dərnəyi açmaq arzusunda olub. Belə ki, o, Azərbaycanda və Ukraynada məşqçilik edib. Onun həyat isə yoldaşı uşaq bağçasında işləyir. Ailə İsveç Miqrasiya Xidmətinin deportasiya qərarından apellyasiya şikayəti verib və hazırda Miqrasiya Məhkəməsində dinləməni gözləyir. Bilalovlar İsveçdə qalmağa ümid edirlər. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.