AZ

Orta Dəhlizin enerji komponenti güclənir

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qazaxıstanın Azərbaycan üzərindən neft tranzitinin həcminin 1.5 milyon tona yaxınlaşması Bakı-Astana enerji xəttinin strateji əhəmiyyətini daha da artırır.

Orta Dəhlizin enerji komponentinin güclənməsi isə regionda enerji əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir. Bu proses Azərbaycanın enerji diplomatiyasında daha fəal və çoxşaxəli rolunu gündəmə gətirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, bu, Azərbaycanın istər dəniz, istərsə də quru qonşuları ilə ticarət əlaqələrinin genişlənməsi deməkdir.

Ekspertin sözlərinə görə, ticarətin artması paralel olaraq həm siyasi, həm də mədəni əlaqələrin inkişafına şərait yaradır:

"Bu baxımdan arzuolunandır ki, Qazaxıstan ildən-ilə neft hasilatını artırdığı kimi, artan həcmin müəyyən hissəsi də Azərbaycanın üzərindən nəql olunsun. Bu halda həm Qazaxıstan öz ixrac imkanlarını şaxələndirmiş olar, həm də Azərbaycan əlavə gəlir əldə edər. Buna isə yalnız sevinmək olar".

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
bakivaxti.az

1Mənbələr