AZ

Moskvaya güclü qar yağıb, yüzlərlə uçuş ləğv olunub

Rusiya paytaxtına güclü qar yağıb.

APA-nın Moskva bürosu xəbər verir ki, üç gündür aramsız yağan qarın hündürlüyü yarım metri keçib.

Sinoptiklər yanvar ayı üçün bu göstəricini rekord hesab edirlər.

Qar yağıntısı güclü küləklə, fırtına ilə müşahidə olunub. Yağıntının bu gün axşam saatlarınadək davam edəcəyi, sonra səngiyəcəyi bildirilib.

Moskva vilayəti rəhbərliyi əhalidən şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi tövsiyə edib.

Güclü qar fırtınası səbəbindən Moskva hava limanlarında 200-ə yaxın uçuş ləğv edilib və ya gecikmə ilə həyata keçirilib.

Seçilən
25
8
apa.az

10Mənbələr