ABŞ Latın Amerikası ölkələrindən ABŞ-a narkotik qaçaqmalçılığı kanallarını demək olar ki, tamamilə bloklayıb və indi regionda narkotik kartellərinə qarşı quru əməliyyatlarına başlamağı planlaşdırır...
Poliqon xəbər verir ki, bu barədə prezident Donald Tramp Fox News-a verdiyi müsahibədə bildirib.
"Biz dəniz yolu ilə ABŞ-a narkotik qaçaqmalçılığının 97%-ni blokladıq və indi quruda kartellərə zərbələr endirməyə başlayacağıq", deyə Tramp qeyd edib.
Eyni zamanda, Amerika lideri zərbələrin hansı Latın Amerikası ölkələrinə endirilə biləcəyini dəqiqləşdirməyib.
Poliqon.info