AZ

AP üzvü: Aİ ən yaxşı halda ABŞ-ın Qrenlandiyanı ələ keçirməsini razılaşmaya çevirəcək  

Ən yaxşı halda, Avropa İttifaqı (Aİ) ABŞ-ın Danimarka nəzarətində olan Qrenlandiyanı ələ keçirməsini razılaşmaya çevirəcək və kompensasiya barədə danışıqlar aparacaq...

Poliqon xəbər verir ki, Fransa Milli Cəbhə Partiyasını təmsil edən Avropa Parlamentinin üzvü Tyerri Mariani bunu RİA Novosti müxbiri ilə söhbəti zamanı bildirib.

O, hesab edir ki, Brüssel Vaşinqtonun Danimarka adasını ələ keçirməsinə heç bir reaksiya verməyə bilər. Bunun səbəbi, Aİ-nin bunu etmək üçün heç bir siyasi və ya strateji vasitəsinin olmamasıdır.

"Ən yaxşı halda, o, buna qarşı çıxmayacaq: şərtlər, qiymət və kompensasiya barədə danışıqlar aparacaq. Bu, ilhaqı razılaşmaya çevirəcək", deyə parlamentari qeyd edib.

4 yanvarda ABŞ prezidenti Donald Tramp ölkəsinin Qrenlandiya üzərində nəzarətə mütləq ehtiyacı olduğunu bəyan edib. O, bildirib ki, Danimarka nəzarətində olan ada Rusiya və Çin gəmiləri ilə əhatə olunub və amerikalılar tərəfindən "müdafiə üçün" lazımdır. 9 yanvarda Politico adı çəkilməyən Aİ diplomatına istinadən məlumat verib ki, Danimarka Amerika qanunvericilərini Qrenlandiyanı satmaqda maraqlı olmadığına inandırmağa çalışır. Xüsusilə, bu, Danimarkanın ABŞ-dakı səfiri Cesper Moller Sorensen və Qrenlandiyanın Vaşinqtondakı nümayəndəsi Yakob İbosetsen ilə ABŞ konqresmenləri arasında keçirilən görüşdə müzakirə olunub.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr