AZ

İlon Mask İran xalqı üçün Starlink internetini pulsuz etdi » AzadMedia.az


Amerikalı milyarder və “SpaceX” şirkətinin rəhbəri İlon Mask İran ərazisində Starlink peyk internetinin pulsuz istifadəyə verildiyini açıqlayıb.
Onun sözlərinə görə, Starlink xidməti İran ərazisində aktivləşdirilib və ölkədə davam edən etiraz aksiyaları bitənədək ödənişsiz olacaq. Mask bu addımın İran xalqının informasiya əldə etmək imkanlarını genişləndirmək məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, İran hakimiyyəti etirazlar zamanı internetə çıxışı məhdudlaşdırır və bu da alternativ rabitə vasitələrinə marağı artırır.
Seçilən
6
1
azadmedia.az

2Mənbələr