AZ

Ermənistanda yanacaq qiymətləri ucuşlaşacaq, Bakıdan alınan benzin 43 qəpiyə satılacaq

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda benzin qiymətlərinin Azərbaycandan gözlənilən yeni neft məhsullarının daşınması fonunda düşəcəyi gözlənilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan məlumat verib.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6580 ton taxıl: bunun 1000 tonu Qazaxıstandan, 5580 tonu Rusiyadan, bunadan əlavə 1210 tonu Azərbaycan benzin çatdırılıb.

2026-cı il yanvarın 8-i tarixinə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8485 ton Rusiya taxılı gəlib ki, bunun da 4103 tonu marşrut üzrədir. Bunlardan 7600 ton Azərbaycan neft məhsullarının, 6100 ton benzin və 1500 ton dizel yanacağının gətirilməsi gözlənilir. Nazir qeyd edib ki, "Benzin və dizel yanacağının qiymətlərinin əvvəlki aya nisbətən litr üçün 80 drama (0.43 Azərbaycan manatı)

düşəcəyi gözlənilir".

Gevorq Papoyan vurğulayıb ki, bu inkişaf nəzərə alınmaqla neft məhsulları satan digər şirkətlər də qiymətləri aşağı salmaq üçün çalışırlar.

Əvvəllər Azərbaycanın Ermənistana ikinci və daha böyük həcmdə neft məhsulları göndərəcəyi açıqlanmışdı.

Xatırladaq ki, ötən ilin dekabr ayında onilliklər ərzində ilk dəfə olaraq Ermənistana Azərbaycan benzini partiyası çatıb - Gürcüstan vasitəsilə 1200 ton neft məhsulları daşınıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
icma.az

1Mənbələr