Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
“İsrailin 2025-ci ilin iyun ayında İrana qarşı müharibə planı əvvəlcə ölkə daxilində iğtişaşların baş verməsini gözləmək, daha sonra isə hərbi hücuma keçmək üzərində qurulmuşdu”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri iranlı mühafizəkar ekspert Əli Əkbər Rafipur bildirib.
Onun sözlərinə görə, hazırda Təl-Əviv bu yanaşmanı dəyişərək əvvəlcə küçə etirazlarını qızışdırmaq, ardınca İrana hücum etmək strategiyasına üstünlük verir.
Rafipur qeyd edib ki, İsrailin həyata keçirdiyi ən pis ssenari Suriya tipli vətəndaş müharibəsi ilə nəticələnə, bu çərçivədə sərhəd əyalətlərindəki üsyançılara havadan dəstək göstərilə bilər.
Şəbnəm
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.