İspaniyalı keçmiş hakim Mateu Laos "Barselona"nın qapıçısı Xoan Qarsiya Superkubokda oynamamalı olduğunu düşünür.
Offsideplus.az xəbər verir ki, o, "Espanyol" matçda 24 yaşlı qolkiperin etdiyi hərəkətin qırmızı vərəqə ilə cəzalanmalı olduğunu fikirləşir:
"Xoan Qarsiyanın Jerar Martini itələməsi qeyri-idman hərəkət idi. O, qırmızı vərəqə ilə cəzalanmalı və Superkubokda oynamamalı idi".
Qeyd edək ki, bu görüş "Barselona"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həmin epizodu sizə xatırladaq: