AZ

Qurban Qurbanov: Komandaya yaxşı qayıdıblar, üzləri gülür

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ"ın bəzi futbolçuları xəstələndikləri üçün fasilədən sonra komandaya gec qoşulublar". Sport24.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib:

"Futbolçular pis istirahət etməyiblər. Xəstələndikləri üçün komandaya qoşulmayanlar var idi. Komandaya yaxşı qayıdıblar, üzləri gülür. Həvəslə məşq ediblər".

Təcrübəli mütəxəssis hazırda komandanın güclü klublarla qarşılaşmağa hazır olmadığını da vurğulayıb:

"Hazırda güclü komandalarla yoxlama oyunlarında üz-üzə gəlməyə hazır deyilik. Oynayacağımız rəqiblər də ciddidir".

Baş məşqçi onu da bildirib ki, "Qarabağ"ın yerli futbolçularına yetərincə maraq var:

"Hər futbolçunu başa düşmək olar. Onlar üçün zənglər davam edir. Bəzi hallarda oyunçuların vasitəçiləri çoxalır. Bu da bizi narahat edir. Hər şey qaydasına düşür. Marko Yankoviçlə bağlı durum normaldır. Yerli və xarici futbolçularımıza maraq var. Bəlkə də azərbaycanlı futbolçulara maraq daha çoxdur".

O, futbolçu transferinə daha çox vaxt ayırdıqlarını söyləyib: "Danışıqlar gedir. Hansı səviyyədə olacağını görəcəyik. Bəzi mövqelərdə oyunçuların sayını artırmaq niyyətindəyik. Ötən il çox güc sərf etdik. Bu səviyyədə işimizi qoruyub saxlamaq və davam etmək istəyiriksə, heyətə oyunçular cəlb etməliyik"

Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
sport24.az

1Mənbələr