AZ

Evindən 100 dən çox insan kəllə sümüyü tapıldı

ain.az bildirir, Baku.ws portalına istinadən.

ABŞ-nin Pensilvaniya ştatında tarixi qəbiristanlıqlarla bağlı aparılan istintaq zamanı dəhşətli faktlar üzə çıxıb. 34 yaşlı Conatan Gerlaxın evində aparılan axtarış zamanı 100-dən çox insan kəllə sümüyü və çoxlu sümüklər tapılıb.

BAKU.WS xəbər verir ki, Delaver dairəsinin prokuroru Tanner Rous bildirib ki, Efrata şəhərindəki evin zirzəmisi "qorxu filmini xatırladan" mənzərə yaradıb.

Zirzəmidə kəllə sümükləri ilə yanaşı, mumiyalanmış əl və ayaqlar, iki insan cəsədi və körpələrə aid sümüklər aşkarlanıb. Bəzi sümüklər rəflərdə düzülüb. Bəziləri isə tavandan asılıb.

Gerlax Filadelfiya ilə Yidon sərhədində yerləşən Mount Moriah qəbiristanlığından çıxarkən saxlanılıb. Onun əlindəki çuvaldan iki azyaşlıya aid mumiyalanmış qalıqlar, üç kəllə sümüyü və müxtəlif sümüklər çıxıb.

Şüphəli ilkin ifadəsində təxminən 30 dəst insan qalığını oğurladığını etiraf edib. Onun barəsində oğurluq, meyitə hörmətsizlik, qəbir təxribatı və qanunsuz daxilolma da daxil olmaqla 574 maddə üzrə ittiham irəli sürülüb.

Rəsmilərin sözlərinə görə, qalıqların bir hissəsi 200 il əvvələ aiddir. Digərləri isə yaxın vaxtlarda dünyasını dəyişmiş şəxslərə məxsusdur.

İstintaq orqanları Gerlaxın sümükləri internetdə satıb-satmadığını araşdırır. Qalıqların başqa qəbiristanlıqlardan oğurlanması ehtimalı da yoxlanılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
baku.ws

1Mənbələr