AZ

Tramp Qrenlandıyanı almaq üçün orada yaşayanlara 100 min dollar təklif edə bilər

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ administrasiyasının Qrenlandiyanı Danimarkadan ayrılmasını təşviq etmək üçün ada sakinlərinə birbaşa pul ödənişi etməyi müzakirə etdiyi iddia olunur.

BAKU.WS "Reuters"ə istinadən xəbər verir ki, Ağ Evdə Qrenlandiya sakinlərinə adambaşı 10 min – 100 min dollar arası məbləğdə ödəniş edilməsi variantı nəzərdən keçirilir. Qrenlandıyanın təxminən 57 minlik əhalisi nəzərə alınsa, bu plan ABŞ-yə təxminən 6 milyard dollara başa gələ bilər.

ABŞ Prezidenti Donald Tramp adanın zəngin faydalı qazıntıları və Arktikadakı strateji mövqeyinə görə ABŞ üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Bu təşəbbüs Danimarka və Avropa ölkələrinin sərt reaksiyasına səbəb olub. Danimarka və Qrenlandiya rəsmiləri adanın "satışda olmadığını" vurğulayıb. Avropanın bir sıra ölkələri isə Qrenlandiyanın gələcəyi ilə bağlı qərarın yalnız Danimarka və ada xalqına məxsus olduğunu açıqlayıb.

ABŞ tərəfi isə Danimarkanın adanın təhlükəsizliyini təmin etməkdə yetərsiz qaldığını iddia edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
baku.ws

1Mənbələr