AZ

“Bir il vaxt qalıb” - Federasiyanın vitse-prezidenti

"Hədəfimiz Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmaqdır".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev ölkə çempionatının açılış mərasimində deyib.

O, çempionatla bağlı düşüncələrini bölüşüb:

"Yanvarda ənənəvi olaraq bu yarışı keçiririk. ​Bildiyiniz kimi, idmançılarımız bir çox yarışlarda uğurla çıxış ediblər.

Hədəfimiz Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmaqdır. ​Bu çempionatı bizim üçün çox önəmlidir. ​

Çünki burada ən güclü idmançılarımız güclərini göstərəcəklər. ​İlk təsnifat turnirlərinə demək olar ki, bir il vaxt qalıb və bu yarış bizim üçün əsas meyardır. ​

Güləşçilər ölkəmizi növbəti il keçiriləcək dünya çempionatında təmsil edəcəklər. ​Bütün idmançılara uğurlar arzu edirəm. ​

Burada xaricdən dəvət olunmuş hakimlər də var. İnanıram ki, çox maraqlı görüşlər izləyəcəyik".

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.

Seçilən
42
sportinfo.az

1Mənbələr