Böyük Britaniya hakimiyyəti “Grok” çatbotunda istifadəçilər tərəfindən yaradılan şəkillərlə bağlı qalmaqaldan sonra “X” sosial şəbəkəsinin qadağan edilməsini müzakirə edir.
Publika.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti Baş nazir Kir Starmerin ofisindəki mənbələrə istinadən məlumat yayıb.
Qəzet onun sözlərinə istinadən bildirib ki, Starmer daha əvvəl media tənzimləyicisi “Ofcom”dan Elon Maska məxsus sosial şəbəkə ilə bağlı "bütün variantları nəzərdən keçirməsini" istəyib.
"Bu qanunsuzdur. Biz buna dözməyəcəyik. Mən bütün mümkün variantların nəzərdən keçirilməsini tələb etmişəm", - baş nazir deyib.
Xəbərdarlıq, “X” istifadəçilərinin “Grok” süni intellektindən istifadə edərək qadın və uşaqların şəkillərini yaratması ilə əlaqəlidir. Sorğu yaratdıqda, neyron şəbəkəsindən fotodakı qızı soyundurmasını istəyirlər.