AZ

Trampdan hərbi əməliyyatların ANONSU – Hədəfdə bu ölkə var – VİDEO

Tramp Meksikadakı narkotik kartellərinə qarşı əməliyyatların başlayacağını elan edib.

Bizim.Media xəbər verir ki, ABŞ lideri “Fox News”a müsahibəsində bu barədə danışıb.
 

"Dəniz yolu ilə gələn narkotiklərin 97%-ni dayandırdıq. İndi isə quruda da kartellərə zərbələr endirəcəyik. Meksikanı kartellər idarə edir. Bu ölkənin başına nə gəldiyini görmək çox kədərlidir", - deyə ABŞ prezidenti bildirib.


Xatırladaq ki, ABŞ ordusu bir neçə aydır dəniz yolu ilə narkotik daşıyan qayıqlara zərbələr endirir.


Bizim.Media

Seçilən
41
2
bizim.media

3Mənbələr