Hərəkat lideri Levan Tsutskiridzenin sözlərinə görə, plan hakimiyyət dəyişikliyindən sonrakı ilk 100 günü və demokratik təsisatların bərpasını əhatə edir.
Sənəddə ədalətli seçki mühitinin yaradılması, dövlət xidmətlərinin partiya nəzarətindən azad edilməsi və hakimiyyətin qollarının yenidən bölüşdürülməsi kimi strateji islahatlar yer alıb. Hərəkat bəyan edib ki, Gürcüstan hazırda dərin institusional böhran və beynəlxalq izolyasiya ilə üz-üzədir və bu plan ölkəni yenidən Avropaya inteqrasiya yoluna qaytarmağı hədəfləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31