Ajans.az xəbər verir ki,hadisə barədə məlumatı Ukrayna KİV-i yayıb. Kiyev Şəhər Prokurorluğunun açıqlamasına görə, hücum nəticəsində 4 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Yaralılar arasında tibb işçiləri, xilasedicilər və polis əməkdaşı var. Hücumun təsiri paytaxtın Darnitski, Dneprovski, Desnyanski, Peçerski, Şevçenkivski, Qoloseyevski və Svyatoşinski rayonlarında müşahidə edilib. On doqquz mənzilli bina və səfirlik binası zədələnib, uşaq bağçasının pəncərələri sınıb. Həmçinin tramvay deposu, avtomobillər, supermarket və yanacaqdoldurma məntəqəsinə ciddi ziyan dəyib. Fövqəladə xidmətlər hadisə yerində işləri davam etdirir və dağıntıların aradan qaldırılması üzərində çalışır.