AZ

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən tankerin ələ keçirilməsi qərarının çətin olmadığını bildirib.

"AzPolitika" xəbər verir ki, Tramp bu barədə “Fox News” kanalına verdiyi müsahibədə danışıb.

“Mən bu qərarın çətin olduğunu düşünmürəm. Fakt budur ki, tankerin yaxınlığında Rusiyanın bir destroyeri və bir sualtı qayığı var idi. Biz oraya çatan kimi onlar tez bir zamanda ərazini tərk etdilər”, - Tramp qeyd edib.

ABŞ lideri tankerin ələ keçirilməsindən sonra Putinlə əlaqə saxlayıb-saxlamadığı sualına cavab verməkdən imtina edib.

7 yanvar 2026-cı il tarixində ABŞ qüvvələri Şimali Atlantik okeanında (İslandiya və Şotlandiya arasında) Rusiya bayrağı altında üzən “Marinera” (əvvəlki adı “Bella 1”) neft tankerini ələ keçirib. Tanker Venesuela neftini daşımaqda şübhəli bilinir və ABŞ sanksiyalarını pozmaqda ittiham olunur. Əməliyyat həftələrlə davam edən təqibdən sonra baş tutub: tanker dekabrda Karib dənizində ABŞ Sahil Mühafizəsi tərəfindən saxlanılmaq istənilib, lakin qaçaraq adını dəyişib və Rusiya bayrağı qaldırıb.

Reuters və NBC News-un məlumatına görə, əməliyyat zamanı Rusiya sualtı qayığı və digər hərbi gəmiləri yaxınlıqda olub, lakin müdaxilə etməyib və ABŞ qüvvələri gəldikdən sonra ərazini tərk ediblər. Eyni gündə ABŞ daha bir tanker – “M/T Sophia”nı Karib dənizində ələ keçirib. Bu əməliyyatlar Tramp administrasiyasının Venesuela neftinə qarşı blokadasının bir hissəsidir və son həftələrdə bir neçə “Kölgə donanma” tankerinin saxlanılması ilə davam edir.

Rusiya Xarici İşlər Nazirliyi ələ keçirməni “beynəlxalq dəniz hüququnun kobud pozuntusu” və “piratlıq” adlandırıb, tankerə müvəqqəti Rusiya bayrağı verildiyini bildirib. Kremlin rəsmi cavabı hələ verilməyib, lakin Moskva gəminin ekipajındakı rusiyalı vətəndaşların geri qaytarılmasını tələb edib.

Tramp administrasiyası tankerini “sanksiya pozan gölgə donanma gəmisi” kimi təsnif edib və ekipajın ABŞ-a gətirilərək məhkəməyə çıxarılacağını açıqlayıb. Bu hadisə ABŞ-Rusiya münasibətlərində yeni gərginlik yaradıb, xüsusilə Ukrayna münaqişəsi fonunda və Trampın Venesuela neft ehtiyatlarına nəzarət planları çərçivəsində. Böyük Britaniya əməliyyata dəstək verdiyini təsdiqləyib. Tanker boş olsa da, onun İran və Venesuela neftinin qeyri-qanuni daşınmasında iştirak etdiyi iddia olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
azpolitika.info

1Mənbələr