Azərbaycan Respublikasının Energetika Nazirliyi enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə təsərrüfat subyektlərində, həmçinin binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyaları üzrə attestasiya elan edir.
Newscenter.az xəbər verir ki, attestasiya təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə 23 Yanvar 2026-cı il tarixində saat 12:00-da, binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə isə 23 Yanvar 2026-cı il tarixində saat 12:00-da Energetika Nazirliyində keçiriləcəkdir.
Son müraciət tarixi: 16.01.2026-cı il
Attestasiyada iştirakı təsdiq edilmiş namizədlər və namizəd qismində müraciət edəcək şəxslər əlavə məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərlər:
· Attestasiya Proqramı (təsərrüfat subyektləri üzrə)
. Attestasiya Proqramı (binalar (qurğular) üzrə)
· Bələdçi
· İxtisas Attestatının əldə edilmə qaydası
Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küç. 84, Hökumət Evi, 4-cü giriş, 9-cu mərtəbə, AZ1000
Qeyd: Namizədlər attestasiyanın keçiriləcəyi yerə 15 dəqiqə əvvəl yaxınlaşmalı və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.
Əlaqə: 598-16-53/54/55 (daxili 1057)