AZ

Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür

Baş leytenant Mətləb Quliyev 9 yanvar 1959-cu ildə Beyləqanda doğulub.

QHT.az xəbər verir ki, hərbi təhsilini C.Naxçıvanski adına məktəbdə alıb, Ukraynada xidmət keçmiş, daha sonra Azərbaycan Pedaqoji İnstitutunu bitirərək Sumqayıtda hərbi hazırlıq müəllimi işləyib. 1992-ci ildən DİN-də xidmət edib. 1992-ci il avqustun 31-də Ağdamda döyüşlərdə qəhrəmancasına həlak olub. Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Prezidenti tərəfindən 6 noyabr 1992-ci il tarixli fərmanla ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı Şəhidlər Xiyabanında dəfn edilib. Sumqayıt şəhər 3 saylı məktəb onun adını daşıyır, məktəb önündə büstü, yaşadığı binanın önündə xatirə lövhəsi və adına bulaq var.

Ruhu şad olsun!

Seçilən
16
qht.az

1Mənbələr