AZ

Azərbaycan Almatıda keçiriləcək beynəlxalq olimpiadada təmsil olunacaq

Astana, 9 yanvar, AZƏRTAC

Yanvarın 10-dan 15-dək Qazaxıstanın Almatı şəhərində məktəblilər arasında 22-ci Beynəlxalq Jautykov Olimpiadası (IZhO-2026) keçiriləcək.

AZƏRTAC Qazaxıstan Təhsil Nazirliyinə istinadla xəbər verir ki, intellektual yarışda 16 ölkədən 612 şagird və 122 müəllim iştirak edəcək.

İştirakçılar arasında Azərbaycan, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan və digər ölkələrdən olan şagirdlər var.

Milli komandalar müvafiq ölkələrdə keçirilən fənn olimpiadalarının nəticələrinə əsasən formalaşdırılıb.

Olimpiada beş gün davam edəcək və iki turdan ibarət olacaq. Tapşırıqlar çətinlik dərəcəsinə görə ixtisaslaşmış siniflərin proqramlarına uyğundur və beynəlxalq münsiflər heyəti tərəfindən hazırlanıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
86
2
azertag.az

3Mənbələr