Tanınmış naşir, Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru Şəmil Sadiqin qızı qardan Nyutonun heykəlini yaradıb. Bu barədə Şəmil Sadiq öz sosial şəbəkə hesabında qızının əl işi olan heykəlin görüntülərini paylaşıb. Fotolarda qardan hazırlanmış məşhur alim İsaak Nyutonun fiquru əks olunub.
“Seli qızım hər il qarda bir əsər yaradır, bu il də Nyuton və alması ilham verdi” – deyə paylaşımın altında qeyd edib.
Paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və müsbət rəylər alıb.



Şəfiqə Şəfa, Bizim Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta