
ABŞ administrasiyası Ukrayna ilə sülh planının demək olar ki, bütün aspektləri üzrə razılığa gəlib və hazırda Rusiya Prezidenti Volodimir Putindən cavab gözləyir.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Axios məlumat yayıb.
Məlumata görə, danışıqlarda Amerika nümayəndələri Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər.
Qeyd olunub ki, Kiyev üçün təhlükəsizlik zəmanətləri və Donbasda mümkün ərazi güzəştləri müzakirə olunub.
İlahə Qənbərli
Missiya.Az