
Almaniyada temperatur -20 dərəcəyə qədər düşdüyü üçün Almaniya Meteorologiya Xidməti (DWD) doqquz ştatda qırmızı həyəcan siqnalı verib.
Missiya.Az xəbər verir ki, Ştatlar arasında Şlezviq-Holşteyn, Hamburq, Berlin, Brandenburq, Aşağı Saksoniya, Saksoniya-Anhalt, Meklenburq-Ön Pomeraniya, Türingiya və Bavariya yer alır.
Federal Nəqliyyat Naziri Patrik Şnider vətəndaşları yalnız zəruri hallarda çölə çıxmağa çağırıb. Hessen və Şimali Reyn-Vestfaliya əyalətləri isə insanları meşə və park ərazilərindən uzaq durmağa xəbərdar edib.
Ölkənin şimalında məktəblər bağlanıb, dəfn mərasimləri ləğv edilib. Oldenburg İctimai Nəqliyyat Şirkəti bütün avtobus xidmətlərini dayandırıb. Almaniya son 15 ilin ən sərt qışını yaşayır.
Seyranə QuliyevaMissiya.Az