Bakı. Trend:
Mərkəzi Bank 2025-ci ilin IV rübü üzrə ev təsərrüfatlarınınistehlak və yığım davranışları, onların borc yükü və borca xidmətədair məlumatları toplamaq üçün “Ev təsərrüfatlarının maliyyədavranışı və niyyətləri” sorğusu keçirir.
Trend bubarədə tənzimləyici quruma istinadən xəbər verir.
Sorğu vasitəsilə ev təsərrüfatlarının istehlak və yığımdavranışları, borc yükü və ona xidmət imkanları, inflyasiyagözləntiləri və onlara təsir göstərən amillər barədə məlumatlartoplanılır. Bu məlumatlar bir sıra makroiqtisadi və maliyyəgöstəricilərinin təhlili və proqnozlaşdırılması, habelə pul vəmaliyyə sabitliyi siyasətləri üzrə qərarların verilməsi baxımındanmühüm əhəmiyyət daşıyır.
Sorğu geniş respondent kütləsinin əhatə edilməsi məqsədilə2025-ci ildən Mərkəzi Bankın rəsmi internet səhifəsində rəqəmsalformatda keçirilir. Sorğunun rübdə bir dəfə olmaqla il ərzində 4dəfə keçirilməsi planlaşdırılır.
Mərkəzi Bank bütün əhali qruplarını sorğuda fəal iştirak etməyədəvət edir.
Sorğuya aşağıdakı keçid vasitəsilə daxil olmaq mümkündür:
https://e-cbar.az/Survey/Info/203
Sorğuda iştiraka dair izahedici videoçarx: