AZ

"Turan Tovuz"un rumınlarla oyunu baş tutmadı - SƏBƏB

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan “Turan Tovuz”un hazırlıq planında dəyişiklik olub.

Fanat.Az-ın əldə etdiyi bilgiyə görə, Kurban Berdiyevin komandasının hazırlıq çərçivəsindəki ilk yoxlama oyunu baş tutmayacaq. 

Premyer Liqa təmsilçisinin yanvarın 10-da Rumıniya təmsilçisi “Hermanştadt”la planlaşdırılan oyunu təxirə salınıb. Hər iki tərəf heyətdəki zədəlilərin çoxluğunu əsas gətirərək görüşün ləğv olunması ilə bağlı razılığa gəliblər.

Beləliklə, "Turan Tovuz" qış hazırlığı çərçivəsində 1 oyunla kifayətlənəcək. "Boz qurdlar" yanvarın 17-də Polşa “Poqon”u ilə gücünü sınayacaq.

Qeyd edək ki, “Turan Tovuz”un Türkiyədəki toplanışı yanvarın 18-də başa çatacaq.

 

Seçilən
3
2
fanat.az

3Mənbələr