“Mançester Siti”nin müdafiəçisi Con Stounz yeni mövsümə başqa komandada başlaya bilər.
İdmanxeber.az xəbər verir ki, 31 yaşlı futbolçuya “Əl-Hilal”, “Fənərbağça” və “Liverpul”dan rəsmi təkliflər daxil olub. İngiltərə millisinin üzvü hələlik qərarını verməyib.
2016-cı ildən “Mançester Siti”də çıxış edən Stounz daha əvvəl “Barnsli” və “Everton”un da formasını geyinib.