Aktual.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
"Futbolçular pis istirahət etməyiblər. Xəstələndikləri üçün komandaya qoşulmayanlar var idi. Komandaya yaxşı qayıdıblar, üzləri gülür. Həvəslə məşq ediblər", - mütəxəssis vurğulayıb.
O, klubda maliyyə ilə bağlı sıxıntının olmadığını söyləyib:
"Hazırda güclü komandalarla yoxlama oyunlarında üz-üzə gəlməyə hazır deyilik. Oynayacağımız kollektivlər də ciddidir".
Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.