AZ

Yaşıllaşdırma Təsərrüfatı Birliyi kişiləri işdən çıxarıb, xanımları götürür - Səbəb nədir?

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində ixtisarların başladığı bildirilir. Redaksiyamıza daxil olan məlumata görə, təxminən 2500 nəfər əməkdaşı olan qurumda hüquqşünas vəzifəsi ixtisara salınıb...

Bizimesr.az  bildirilib ki, ixtisar qərarına baxmayaraq, son iki ay ərzində 20-yə yaxın yeni əməkdaşın işə qəbul edilib.

Qeyd olunub ki, işə götürülən şəxslərin əksəriyyəti gənc xanımlardır və onların birliyin baş direktoru, eləcə də yeni təyin olunmuş müavin Yaşar Salahovun şəxsi tanış çevrəsinə yaxın şəxslərdir.

Məlumata görə, dünən qurumun hüquqşünası Ceyhun Əliyev Məhərrəm oğlu vəzifəsinin ixtisara düşdüyünü öyrəndikdən sonra idarədə ciddi narazılıq yaranıb. Hadisə zamanı gərginlik artıb və mübahisə yaşanıb. Məsələyə müdaxilə edən müavin Yaşar Salahovun Ceyhun Əliyevə yaxın zamanda yeni işlə təmin olunacağına dair vəd verdiyi bildirilir. 

Digər diqqətçəkən məqam isə qurumda yeni “Mətbuat Xidməti” ştatının yaradılmasıdır. Məlumata əsasən, bu vəzifəyə Nərmin Bədəlzadə adlı xanım təyin olunub.

Halbuki Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyətinə tabeli qurumdur. Və üst qurumun rəsmi mətbuat xidməti olduğu halda, tabeli bir strukturda ayrıca mətbuat katibi vəzifəsinin açılması zərurət, səlahiyyət bölgüsü və büdcə səmərəliliyi baxımından suallar doğurur.Mövcud struktur nəzərə alındıqda, əlavə ştat vahidinin yaradılmasının hansı ehtiyacdan irəli gəldiyi anlaşılan deyil.

Məsələ ilə bağlı BŞİH-nin mətbuat xidməti mövqe bildirmək istəmədi.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr