AZ

Kiyevdə Rusiyanın hücumu zamanı Qətər səfirliyinin binası zədələndi

BAKI, 9 yanvar. TELEQRAF

Kiyev və regionda Rusiya tərəfindən həyata keçirilmiş böyükmiqyaslı hücumun nəticələrinin aradan qaldırılması davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Hücum nəticəsində yalnız paytaxtda 4 nəfər həlak olub, 25-i isə yaralanıb. Zədələnənlər arasında təhlükəsizlik və tibbi işçilər də var. Hücumlar 20 yaşayış binasına, enerji obyektlərinə və mülki infrastruktura yönəlib",- o qeyd edib.

V. Zelenski deyib ki, ötən gecə 242 dron, həmçinin 13 ballistik raket, bir "Oreşnik" orta mənzilli ballistik raket və 22 kruiz raketi enerji obyektləri və mülki infrastrukturu hədəf alıb:

"Hazırda insanların istilik və elektrik təchizatının bərpası üçün bütün mümkün tədbirlər görülür. Həmçinin, hücum zamanı Qətər səfirliyinin binası zədələnib".

Prezident dünya ictimaiyyətindən, xüsusilə də ABŞ-dən, Rusiyanın diplomatiyaya yönəldilməsi və hücumlara qarşı açıq reaksiya göstərilməsini tələb edib.

Seçilən
56
teleqraf.com

1Mənbələr