AZ

Qəbələ rayon Mərkəzi Xəstəxanasında xəstənin ölməsi faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib

Bakı.Trend:

Ötən il iyunun 26-da Qəbələ şəhər sakini 2009-cu il təvəllüdlüMəleykə Məmmədovanın “Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ-inCərrahiyyə şöbəsində ölməsi faktı üzrə rayon prokurorluğundabaşlanmış cinayət işinin istintaqı tamamlanıb.

Trend xəbərverir ki, bu barədə Qəbələ rayon prokurorluğunun məlumat yayıb.

Bildirilib ki, istintaqla qeyd edilən tibb müəssisəsinincərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudovtərəfindən «iki tərəfli tonzillektomiya» cərrahiyyə əməliyyatınıntexniki qüsurla icra edilməsi səbəbindən M.Məmmədovanın stasionarmüalicə aldığı həmin xəstəxanada kəskin qanitirmə nəticəsindəölməsinə əsaslı şübhələr müəyyən edilib.

Elçin Mahmudov cinayət işi üzrə Azərbaycan Respublikası CinayətMəcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünəsəbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismindəcəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elanedilib, barəsində isə istintaq orqanının qərarı ilə başqa yerəgetməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıdırlaraq baxılmasıüçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Seçilən
79
7
az.trend.az

10Mənbələr