Tərtər, 9 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Bizim üçün böyük gündür. İllərlə doğma yurdumuzdan uzaqda yaşamışıq, hər gün bu qayıdışın həsrətini çəkmişik. İndi Ağdərəyə qayıdırıq və elə bil yenidən həyata başlayırıq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərənin Heyvalı kəndinə köç edən keçmiş məcburi köçkün Nuridə Abbasova deyib.
“Bizi doğma torpaqlara qovuşduran Prezidentimizə, Ordumuza minnətdarıq. Şəhidlərimizi heç vaxt unutmayacağıq, onların sayəsində bu günləri yaşayırıq”, – deyə o bildirib.