Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bir neçə il əvvəl Bakının bir sıra avtobus dayanacaqlarında elektron monitorlar quraşdırılmışdı. Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bu monitorlarda sərnişinlərə avtobusların marşrut nömrəsi və dayanacağa çatma vaxtı barədə real vaxt rejimində məlumat verilməsi nəzərdə tutulurdu. Məqsəd ictimai nəqliyyatda şəffaflığı və rahatlığı artırmaq idi.
Avtosfer.az xəbər verir ki, layihə ilk mərhələdə müsbət qarşılanmasına baxmayaraq, praktikada özünü doğrultmadı. Monitorların bir qismi qısa müddət sonra sıradan çıxdı, bəzilərində isə məlumatlar ya ümumiyyətlə yenilənmirdi, ya da reallıqla uyğun gəlmirdi. Nəticədə, sərnişinlər ekranda göstərilən vaxta etibar etmədikləri üçün sistem funksionallığını itirdi.
Dayanacaqlarla velozolaqların kəsişməsi problem yaradır; çıxış yolu nədir? – ARAŞDIRMA - FOTO
Mütəxəssislərin fikrincə, uğursuzluğun əsas səbəbləri texniki xidmətin zəif təşkili, məlumatların mərkəzləşdirilmiş və stabil şəkildə ötürülməməsi, eləcə də sistemin davamlı nəzarətsiz qalması olub. Bundan başqa, dayanacaqlarda açıq havada quraşdırılan monitorlar hava şəraiti və vandalizmə qarşı kifayət qədər dayanıqlı deyildi.
Hazırda həmin monitorların böyük əksəriyyəti ya tamamilə sökülüb, ya da qeyri-aktiv vəziyyətdədir. Avtobusların gəliş vaxtı ilə bağlı məlumatlar isə əsasən mobil tətbiqlər və onlayn platformalar üzərindən təqdim olunur.
Qeyd edək ki, düzgün texniki yanaşma və davamlı nəzarət olsaydı, bu monitorlar bu gün də Bakının ictimai nəqliyyatında sərnişinlər üçün faydalı alətə çevrilə bilərdi.
Eltac Zülfüqaroğlu
Oxunub 412
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.