AZ

10 ildən yuxarı təcrübəsi olan sürücülər tərəfindən törədilən qəzaların sayı açıqlandı

BAKI, 9 yanvar. TELEQRAF

2025-ci il ərzində 10 ildən yuxarı təcrübəsi olan sürücülər tərəfindən 488 yol-nəqliyyat hadisəsi törədilib, bu da ümumi qəzaların 39,0 faizini təşkil edir.

Bu barədə Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, sürücünün həddindən artıq özünə güvənməsi sürətin düzgün seçilməməsinə, təhlükəsiz ara məsafəsinin saxlanılmamasına, riskli manevrlərə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, təcrübə məsuliyyətin artması, xətaların azalmasıdır.

Seçilən
56
3
teleqraf.com

10Mənbələr