AZ

Ərdoğan Şaraa ilə danışdı: Nələri müzakirə ediblər?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriyalı həmkarı Əhməd əş-Şaraa arasında telefon danışığı baş tutub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasının Prezidentliyinin “X” hesabında məlumat yayılıb.

Qeyd olunb ki, iki lider Suriyadakı son hadisələri və bölgədə sabitliyin gücləndirilməsi yollarını ətraflı müzakirə ediblər.

Danışıq zamanı Prezident əş-Şaraa Suriyanın milli prinsiplərinə, suverenlik və ərazi bütövlüyünə sadiq qalmağın vacibliyini vurğulayıb.

Bu çərçivədə məqsədin dövlət hakimiyyətinin ölkənin bütün ərazisinə yayılması olduğunu, bunun isə Hələb şəhərinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-qanuni silahlı qruplarla mübarizə və yenidənqurma prosesinin irəlilədilməsi ilə mümkün olacağını bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan isə Suriyada təhlükəsizlik və sabitliyin gücləndirilməsinə yönəlmiş səylərə Türkiyənin dəstəyini ifadə edib və ortaq təhdidlərə və çətinliklərə qarşı mübarizədə iki ölkə arasında koordinasiyanın əhəmiyyətinə diqqət çəkib.

Sonda tərəflər iki ölkə arasında müvafiq qurumlar səviyyəsində sıx koordinasiyanın davam etdirilməsinin vacibliyi, bunun sabitliyin təmin olunmasına töhfə verəcəyi, Suriya və Türkiyə xalqları arasında münasibətlərin möhkəmlənməsi və bölgədə davamlı sülh və sabitlik imkanlarının artırılması baxımından əhəmiyyətli olduğu barədə razılığa gəliblər.

Seçilən
43
cebheinfo.az

1Mənbələr