AZ

Bu agentliyin regional filial müdiri işdən çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı regional filialının müdiri  Zaur Teymur oğlu Şahbalayev vəzifəsindən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.

Hələlik sözügedən filialın müdiri vəzifəsinə təyinat yoxdur.

Seymur Əli

Seçilən
104
5
unikal.az

3Mənbələr