Rəşt-Astara dəmir yolu xəttinin tikintisi ilə bağlı bütün məsələlər, o cümlədən layihə üçün torpaqların alınması martın sonunadək həll ediləcək.
Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali ilin yekunlarına dair TASS-a verdiyi müsahibədə bildirib.
"Layihə üçün torpaq sahələrinin alınması işləri xeyli irəliləyib və artıq 100 km-dən çox ərazi tikinti üçün ayrılıb," - deyə səfir bildirib. - Torpaqların alınması prosesi gündəlik olaraq davam edir və İran tərəfinin sözlərinə görə, torpaqların alınması cari İran ilinin sonunadək, yəni martın üçüncü ongünlüyünədək başa çatacaq."
Onun sözlərinə görə, Rəşt-Astara hissəsində dəmir yolu tikintisi layihəsi, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin Qərb qolunun əskik halqası olaraq, "iki ölkə münasibətlərində ən mühüm layihələrdən biridir, bu layihə iki ölkənin hakimiyyətləri tərəfindən ən yüksək səviyyədə fəal şəkildə irəli aparılır."
"Xoşbəxtlikdən, ötən il biz bu layihənin irəliləməsində yaxşı tərəqqi müşahidə etdik. Mühəndis-axtarış işlərinə dair əlavə sənəd imzalandı," - deyə diplomat qeyd edib.
Almaz Həsənli