ABŞ administrasiyası Ukrayna ilə sülh planının demək olar ki, bütün aspektləri üzrə razılığa gəlib və hazırda Rusiya Prezidenti Vladimir Putindən cavab gözləyir.
Publika.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Danışıqlarda Amerika nümayəndələri Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər. Kiyev üçün təhlükəsizlik zəmanətləri və Donbasda mümkün ərazi güzəştləri müzakirə olunub.
Ukrayna Prezidenti Vladimir Zelenski bir müddət əvvəl münaqişənin həlli ilə bağlı razılaşmanın 90 faizinin tamamlandığını bildirmişdi.